SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda beynəlxalq hakimlər tərəfindən seminar keçirilib

Naxçıvanda beynəlxalq hakimlər tərəfindən seminar keçirilib
21-06-2021, 18:12

Naxçıvan Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Milli Karate Federasiyası tərəfindən hakimlik seminarı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevin rəhbərliyi və beynəlxalq hakim Vüqar Kərimovun asisstentliyi ilə iki gün davam edən nəzəri və praktiki seminarda 20-dən artıq yerli hakim iştirak edib. Dərəcəsini artıran 6 hakimə -   Nəriman Quliyev (II dərəcə), Vüsal Allahverdiyev, Murtuz Abdullayev, Mirpaşa Kərimov, Qələndər Binyətli və İlkin Şirinova (hər biri III dərəcə) müvafiq sertifikatlar təqdim edilib. 
       C.Babayev həmçinin, iyulun əvvəli Xorvatiyada gənclərin Dünya Kubokuna yollanacaq Naxçıvan karateçilərinin hazırlıq məşqlərində iştirak edərək onları yarış qaydaları ilə bağlı məlumatlarıb və əlavə tövsiyyələrini verib.    
      Qeyd edək ki, muxtar respublika idmanında müvafiq sahələr üzrə peşəkar kadr ehtiyatının zənginləşdirilməsi,  yerli məşqçi və idmançıların təcrübə artımı məqsədilə hər il müxtəlif seminar, treninq, kurs və təlim-məşq toplanışları təşkil olunur. Paralel olaraq qonşu ölkələrin aidiyyatı idman qurumları ilə təcrübə mübadiləsi aparılır, gənc kadrların zəruri sahələr üzrə lisenziya (fəaliyyət sertifikatı) alması üçün təşkilati dəstək göstərilir.
 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031