SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan cüdoçuları Avropa kubokunda 3 medal qazanıb

Azərbaycan cüdoçuları Avropa kubokunda 3 medal qazanıb
20-06-2021, 21:21

Xorvatiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, beynəlxalq turnirdə mübarizə aparan Azərbaycan yığması aktivinə 3 medal yazdırıb.

Oğlanların mübarizəsində İslam Rəhimov (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. 73 kq çəki dərəcəsində yarışan Məmmədrza Hacızadə yalnız final görüşündə uduzaraq gümüş medala layiq görülüb. 60 kq-da mübarizə aparan Zahir Ağazadə isə bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan cüdoçuları Xorvatiya turnirində 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar.

Beynəlxalq yarışda Avropanın 27 ölkəsindən 368 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031