SON DƏQİQƏ

naxcivanxeberleri.com

Aeroflot Türkiyəyə əlavə reyslər açacaq

Aeroflot Türkiyəyə əlavə reyslər açacaq
19-06-2021, 19:04

"Aeroflot" Türkiyə ilə aviaəlaqənin bərpasından sonra iyunun 25-dən əlavə reyslər açacaq.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə şirkətin rəsmi nümayəndəsi Mixail Demin deyib.

Məlmata əsasən, Moskvadan İstanbula gündə iki dəfə, Antalya, Bodrum və Dalamana isə gündə bir reys ediləcək.

"Daha sonra yükləməni monitorinq edəcəyik və buna uyğun qərar veriləcək", - Demin bildirib.

Xatırladaq ki, daha əvvəl Rusiya və Türkiyə arasında apreldə koronavirusla bağlı vəziyyətlə dayandırılan aviaəlaqə iyunun 22-də bərpa ediləcək. Aviaəlaqənin dayandırıldığı müddətdə "Aeroflot" və "Turkish Airlines" şirkətlərinin İstanbula həftədə iki reysi fəaliyyətdə saxlanılmışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930