SON DƏQİQƏ

naxcivanxeberleri.com

Məşqçi və idmançıların iştirakı ilə ekskursiyalar təşkil olunub

Məşqçi və idmançıların iştirakı ilə ekskursiyalar təşkil olunub
19-06-2021, 18:16

Federasiya nümayəndələri, məşqçi və idmançıların növbəti istiqaməti Naxçıvan şəhərində yerləşən məkanlar olub.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, qrafikə uyğun olaraq bugünkü gəzintidə Atıcılıq, Hava və Ekstremal İdman Növləri, Paralimpiya və Kikboksinq federasiyalarının təmsilçiləri iştirak ediblər. Atıcılar Heydər Əliyev muzeyində, ekstrim idmançıları Dövlət Bayrağı Muzeyində, paralimpiyaçılar Naxçıvan Biznes Mərkəzində, kikboksçular isə Nəbatat bağında olublar.
Qeyd edək ki, tarixi gerçəkliklərin təbliğ olunması, ictimai-siyasi və yaradıcı aləmdə fəaliyyəti olan dahi şəxsiyyətlərimizin daha yaxından tanıdılması, xalqımızın qədimdən bu günə miras buraxdığı milli mənəvi dəyələrə bağlılıq hissi yaradılması, turizm və iqtisadi imkanların təbliği məqsədilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üçün ilbəil təşkil olunan ənənəvi ekskursiyalar davam etdirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031