SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib

Sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib
20-04-2019, 12:55

20 aprel 2019-cu il tarixdə İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər (2002-2004-cü illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirin açılış mərasimində çıxış edənlər yarışın keçirilmə məqsədi və qaydaları haqqında idmançılara geniş məlumat vermiş və onlara qalibiyyət sevinci arzulamışlar. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsi üzrə 40-dan çox idmançı öz qüvvələrini sınamışlar. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa gəlincə isə, Tuncay Məmmədov 45 kq, Uğur Məmmədov 48 kq, Orxan Hacıyev 51 kq, Hüseyn Əhmədli 55 kq, Heydər Nəcəfov 60 kq, Abbas Nəzərəliyev 65 kq, Heydər Heydərov 71 kq, Rəvan Bayramov 80 kq, Qoca Əhmədov 92 kq və Nuran Vəliyev 110 kq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.


Sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib
Sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib
Sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib
Sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib
Sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30