20:20 - Naxçıvan Dövlət Universitetində tələbələrlə maarifləndirici görüş keçirilib
19:46 - Türkiyənin xarici ticarət dövriyyəsi 248 milyard dolları ötüb
18:47 - Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
18:02 - Aşıq Ələsgərin heykəlinin hazırlanması üçün müsabiqə başa çatıb
17:35 - Vladimir Solovyov: “Öz adımdan Azərbaycandan üzr istəyirəm”
17:17 - Ukrayna azad etdiyi İlan adasına qoşun yerləşdirməyə hazırlaşır
17:02 - Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatıb-FOTO
16:45 - Qazlı içkilərin insan orqanizminə təsiri
16:12 - Dəniz nəqliyyatı işçiləri təltif edilib - SİYAHI, SƏRƏNCAM
16:07 - “Nağdsız hesablaşmalar haqqında” qanunun əhatə dairəsi genişləndirilib
15:56 - Hacı Əliyev Naxçıvanda güləşçilərə seminar keçib-FOTO
15:35 - İlham Əliyev Özbəkistan Senatının sədrini qəbul edib-FOTO, YENİLƏNİB
AVRO-2020: Belçika da 1/8 finala yüksəldi
Futbol üzrə Avropa çempionatında B qrupunun II turuna yekun vurulub.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, turun növbəti qarşılaşmasında Danimarka və Belçika yığmaları üz-üzə gəlib. Kopenhagendəki "Parken" stadionunda təşkil olunmuş qarşılaşma Belçikanın əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı Danimarka millisinin hücumçusu Yussuf Poulsen açıb. 27 yaşlı forvard 1 dəqiqə 39-cu saniyədə fərqlənərək, Avropa çempionatları tarixinin ikinci ən sürətli qolunun müəllifi olub.
Fasilədən sonra "qırmızı şeytanlar" hesabda dönüş etməyi bacarıb. 55-ci dəqiqədə Torqan Azar, 70-ci dəqiqədə Kevin De Bruyne fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.
Bununla da Rusiyanın ardından (3:0) Danimarkanı da yenən Belçika millisi xalını 6-ya çatdıraraq, B qrupunun lideri kimi 1/8 finala növbəti vəsiqəyə sahib çıxıb. İlk vəsiqəni ötən gün A qrupundan İtaliya yığması əldə edib.
Qeyd edək ki, B qrupunda II turun digər görüşündə Rusiya Finlandiyaya 1:0 hesabı ilə qalib gəlib. Hazırda bu iki komanda 2-3-cü yerləri bölüşür. III turda Belçika Finlandiyanı, Rusiya Danimarkanı sınağa çəkəcək.