SON DƏQİQƏ

naxcivanxeberleri.com

Danimarka - Belçika oyunu 10-cu dəqiqədə dayandırldı

Danimarka - Belçika oyunu 10-cu dəqiqədə dayandırldı
17-06-2021, 21:26

Futbol üzrə Avropa çempionatının Damimarka - Belçika oyunu 10-cu dəqiqədə dayandırılıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu addım yerli komandanın və İtaliya "İnter"inin yarımmüdafiəçisi Kristian Eriksenə dəstək məqsədilə atılıb. Eriksen ilk turun Finlandiyaya 0:1 hesabı ilə uduzduqları oyun zamanı ürəktutması keçirib.

Fasilə zamanı azarkeşlər və oyun iştirakçıları 29 yaşlı futbolçunu alqışlamaq imkanı əldə ediblər. 10 nömrəli forma ilə çıxış edən Eriksenin şərəfinə tezliklə sağalmasını diləyən bannerlər nümayiş etdirilib.

Danimarka - Belçika oyununda ilk yarı meydan sahiblərinin xeyrinə başa çatıb - 1:0. Yeganə qolu 2-ci dəqiqədə Yussuf Poulsen vurub.

Qeyd edək ki, iyunun 12-də Finlandiya ilə görüşdə Kristian Eriksen huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Xəstəxanada qalacaq futbolçu üzərində bütün lazımi müayinələr aparılır. İndi həkimlər oyunçuya implant dərialtı kardioverter-defibrillyator quraşdırmaq niyyətindədirlər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031