SON DƏQİQƏ

naxcivanxeberleri.com

AVRO-2020 çərçivəsində Bakıda ikinci oyun başladı - Türkiyə Uelslə qarşılaşır

AVRO-2020 çərçivəsində Bakıda ikinci oyun başladı - Türkiyə Uelslə qarşılaşır
16-06-2021, 20:19

Bakı Olimpiya Stadionunda AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda ikinci oyun start götürüb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, A qrupunda mübarizə aparan Türkiyə və Uels milliləri qarşılaşır.

Qeyd edək ki, A qrupunun 3 matçının və /4 final mərhələsinin bir oyunu Bakıda keçirilməsi nəzərdə tutulub.

İyunun 12-də keçirilmiş ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb.

Bundan başqa, Bakı Olimpiya Stadionu iyunun 20-də Türkiyə-İsveçrə oyununa ev sahibliyi edəcək. İyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930