SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahmat üzrə “Masters” turnirində Nicat Abasov ilk qələbəsini qazanıb

Şahmat üzrə “Masters” turnirində Nicat Abasov ilk qələbəsini qazanıb
16-06-2021, 09:30

Çexiyada Azərbaycan şahmatçısı Nicat Abasovun da qatıldığı ənənəvi Praqa şahmat festivalının əsas yarışının – “Masters” turnirinin ikinci turunun oyunları keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un verdiyi xəbərə görə, ikinci turda ağ fiqurlarla mübarizə aparan şahmatçımız isveçli rəqibi Nils Qrandeliusu məğlub edib. Bununla da N.Abasov yarışda ilk qələbəsini qazanıb.

Turun digər oyunlarında polşalı şahmatçılar Radoslav Voytaşek çexiyalı şahmatçı David Navaranı məğlub edib, Yan-Kşıştof Duda isə ABŞ təmsilçisi Sem Şenklanda uduzub. Çexiyanın digər şahmatçısı Tay Dan Van Nquyen isə niderlandlı Jorden Van Forest ilə heç-heçə edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031