SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
15-06-2021, 15:00

İyunun 17-də İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində start götürəcək 22 yaşadək boksçular arasında Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Boks Federasiyasından NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 8 gün davam edəcək yarışda ölkəni baş məşqçi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında 7 boksçu təmsil edəcək.

Komandanın heyətində Əli Zamanov (52 kq), Masqud Xasmetov (56 kq), Cəlal Qurbanov (60 kq), Ruslan Rüstəmov (64 kq), Sərxan Əliyev (69 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (81 kq) yer alıb.

Azərbaycanlı hakim Fuad Aslanov da qitə birinciliyində olacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031