SON DƏQİQƏ

naxcivanxeberleri.com

AVRO-2020: Finlandiya Danimarkaya qalib gəldi

AVRO-2020: Finlandiya Danimarkaya qalib gəldi
12-06-2021, 23:48

Futbol üzrə Avropa çempionatında B qrupunda mübarizəyə start verilib.

Turun açılış oyununda Danimarka və debütant Finlandiya ilə üz-üzə gəlib. 42-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək, yerə yıxılıb. Nəticədə matçda fasilə yaranıb. Ölüm təhlükəsi ilə üz-üzə olan 29 yaşlı yarımmüdafiəçi ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb. İki saatlıq fasilədən sonra UEFA Eriksenin səhhətinin qaydasına düşdüyünü bildirərək, "davam" qərarı verib. Görüş qaldığı yerdən davam etdirilib.

Hesab isə 60-cı dəqiqədə açılıb. Yoel Pohyanpalo fərqlənərək, Finlandiya millisinə qələbə qazandırıb.

74-cü dəqiqədə Danimarka millisinin bərabərlik qolunu vurmaq imkanını Pyer-Emil Heybyerq penaltini dəqiq yerinə yetirməməklə qaçırıb.

Qeyd edək ki, B qrupunda ilk turun digər görüşü Belçika və Rusiya yığmaları arasında keçirilir. Hələlik Belçika öndədir - 1:0.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930