SON DƏQİQƏ

naxcivanxeberleri.com

AVRO-2020 oyunlarını keçirən ölkələrə koronavirusla bağlı tövsiyələr verildi

AVRO-2020 oyunlarını keçirən ölkələrə koronavirusla bağlı tövsiyələr verildi
10-06-2021, 18:35

Avropa futbol çempionatı-2020 kimi idman yarışları çox sayda yerli və əcnəbi tamaşaçı cəlb etdiyi üçün yaranan izdihamlarda koronavirusun, xüsusilə də Avropada rast gəlinən yeni növlərinin yayılması üçün əlverişli şərait yaradır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional ofisindən bildirilib.

Bu cür irimiqyaslı idman yarışları zamanı daha çox izdihamın əmələ gəldiyi hava limanları, ictimai nəqliyyat kimi məkanlara daha çox diqqət yetirməyin, ictimai səhiyyə tədbirlərini artırmağın vacibliyi vurğulanıb.

“Həmçinin ÜST COVID-19 virusunun turistlər tərəfindən yayılmasının qarşısını alan sistemlərin fəaliyyətini təmin etməyi tövsiyə edib. Bunun üçün turistlərə müvafiq məlumat və təlimatlar verilməlidir. O cümlədən getdikləri yerdəki qaydalar barədə məlumat verilməli, COVID daşıyıcıları ilə təmasda olduqları təqdirdə atılmalı olan zəruri addımlar bildirilməlidir” – təşkilat nümayəndəsi qeyd edib.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda AVRO-2020 çərçivəsində İsveçrə - Uels, Türkiyə - Uels, Türkiyə - İsveçrə, eləcə də bir 1/4 final oyunu keçiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930