SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tokio-2020: Daha 5 paralimpiyaçımız lisenziya qazandı

Tokio-2020: Daha 5 paralimpiyaçımız lisenziya qazandı
9-06-2021, 17:19

Milli Paralimpiya Komitəsinin (MPK) atletika üzrə milli komandası Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

MPK-nın mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Elvin Astanov, Elmir Cəbrayılov, Səid Nəcəfzadə, Həmid Heydərli bu hüquqa Açıq Avropa çempionatında, Yelena Çebanu isə reytinq xalları qazandıran yarışlarda yiyələnib.

Beləliklə, Tokio-2020-də Azərbaycanı təmsil edəcək atletlərin sayı 8-ə çatıb. Daha əvvəl Oluxan Musayev, Kamil Əliyev və Samir Nəbiyev dünya çempionatında göstərdikləri nəticələrə görə Oyunlarda iştirak hüququ əldə ediblər.

Musayev, Nəbiyev və Astanov nüvə itələmə, Cəbrayılov və Çebanu qaçış, Əliyev və Nəcəfzadə uzunluğa tullanma, Heydərli isə nizə atma növündə mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları indiyədək Tokio-2020-yə 18 lisenziya qazanıblar. Onlardan 8-i atletika, 4-ü para-taekvando, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı və 1-i pauerliftinq növündəndir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930