SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan boksçusu Tokio-2020-yə lisenziya qazandı

Azərbaycan boksçusu Tokio-2020-yə lisenziya qazandı
5-06-2021, 17:13

Boks üzrə Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına ikinci lisenziyanı qazanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, yığmanın heyətində Tayfur Əliyevin (57 kq) ardınca Cavid Çəbiyev bu hüquqa yiyələnib.

Dünya çempionu Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 63 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı boksçu 1/8 finalda Corc Batesi (İrlandiya) məğlub edib.

Çəbiyev 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş olimpiadaya da qatılıb.

Qeyd edək ki, Tokio-2020 bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031