SON DƏQİQƏ

naxcivanxeberleri.com

Aleksandr Lukaşenkonun oğlu Belarus MOK-da yüksək vəzifəyə təyin olunub

Aleksandr Lukaşenkonun oğlu Belarus MOK-da yüksək vəzifəyə təyin olunub
15-04-2019, 20:20

Belarus Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti səlahiyyətlərinin iraçısı vəzifəsinə ölkə prezidenti Aleksandr Lukaşenkonun böyük oğlu təyin olunub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, prezidentin köməkçisi postunda da qalacaq Viktor Lukaşenko bu vəzifədə müvəqqəti və ictimai əsaslarla çalışacaq. Belarusda böyük beynəlxalq idman tədbirləri yekunlaşdıqdan sonra MOK-un Yığıncağında I vitse-prezident vəzifəsinə namizədliyə dair məsələ həllini tapacaq.

Ölkənin idman və turizm naziri Sergey Kovalçuk bildirib ki, Yığıncağın tarixi hələ müəyyənləşməyib. O, toplantının "Minsk-2019" II Avropa Oyunları və Avropa - ABŞ atletika matçından sonra təşkil olunacağına əminlik ifadə edib. Bu tədbirlər müvafiq olaraq, 21 - 30 iyunda və 9-10 sentyabrda keçiriləcək.

Qeyd edək ki, Belarus MOK-un prezidenti dövlət başçısı Aleksandr Lukaşenkodur. 44 yaşlı Viktor Lukaşenko ölkə rəhbərinin Qalina Lukaşenko ilə nikahından dünyaya gəlib. A.Lukaşenkonun 39 yaşlı Dmitri və 15 yaşlı Nikolay adlı oğulları da var. Dövlət başçısı məhz kiçik oğlunu özü ilə tez-tez rəsmi tədbirlərə, o cümlədən, xaricə aparır.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930