SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Formula 1”: Azərbaycan Qran-prisi üçün pilotların çempionluq əmsalları açıqlanıb

“Formula 1”: Azərbaycan Qran-prisi üçün pilotların çempionluq əmsalları açıqlanıb
15-04-2019, 21:51

“Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün pilotların çempionluq əmsalları açıqlanıb.

Bukmeykerlər yarışın favoriti qismində Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemiltonla İtaliya “Ferrari”sindən Sebastyan Fetteli görürlər. Hər iki sürücünün qələbə əmsalı 2,875-dir.

“Mercedes”dən Valtteri Bottas və ya “Ferrari”dən Şarl Leklerə qoyuluş edənlər öz pullarının 4 mislini əldə edə bilərlər. 2017-ci ildə Bakıda baş tutmuş yarışda rəqiblərini qabaqlayan Daniel Rikkardonun qalibiyyət əmsalı isə həddindən artıq böyükdür – 501. Buna səbəb avstraliyalı pilotun Avstriya “Red Bull”unu nisbətən zəif bolidə sahib Fransa “Renault”una dəyişməsidir.

Ümumilikdə, 12 pilotun qələbə əmsalı 1000 olaraq təyin edilib.

Pilotların qələbə əmsalları

Lüis Hemilton (“Mercedes”) – 2,875

Sebastyan Fettel (“Ferrari”) – 2,875

Valtteri Bottas (“Mercedes”) – 4

Şarl Lekler (“Ferrari”) – 4

Maks Ferstappen (“Red Bull”) – 26

Pyer Qasli (“Red Bull”) - 101

Daniel Rikkardo (“Renault”) – 501

Niko Hülkenberq (“Renault”) – 501

Kimi Raykkonen (“Sauber”) – 1000

Kevin Maqnussen (“Haas”) – 1000

Roman Qrojan (“Haas”) – 1000

Karlos Sayns (“McLaren”) – 1000

Daniil Kvyat (“Toro Rosso”) – 1000

Aleksandr Albon (“Toro Rosso”) – 1000

Lando Norris (“McLaren”) – 1000

Serxio Peres (“Racing Point”) – 1000

Lens Stroll (“Racing Point”) – 1000

Antonio Covinatsi (“Sauber”) – 1000

Corc Rassell (“Williams”) – 1000

Robert Kubitsa (“Williams”) – 1000

Qeyd edək ki, bukmeykerlər Lüis Hemiltonu mövsümün aşkar favoriti hesab edirlər. Britaniyalı beşqat dünya çempionunun qələbə əmsalı 1,80-dir. Şarl Leklerdə bu göstərici 4,00, Sebastyan Fetteldə 4,33, Valtteri Bottasda isə 13,00 olaraq təyin olunub.

Azərbaycanda 4-cü dəfə təşkil olunacaq “Formula 1” yarışında əvvəlcə “Mercedes”in almaniyalı pilotu Niko Rosberq qalib gəlib. Ardınca isə Daniel Rikkardo və Lüis Hemilton rəqiblərini qabaqlayıb. Report

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930