SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatında 3-cü yeri tutub

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatında 3-cü yeri tutub
15-04-2019, 10:30

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatında 3-cü yeri tutub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, yarışda 1 gümüş, 2 bürünc medalla kifayətlənən yığma yalnız Rusiya və Türkiyədən geri qalıb. Amma bu sıralamada təkcə medal sayı yox, tutulan yerlərə görə xalların cəmi nəzərə alınıb. Rusiya 5 qızıl, 1 gümüş, 3 bürünc medalla 192 xal toplayıb və son 28 ildə ən böyük nailiyyətinə imza atıb.

132 xal tyoplayan Türkiyə 2 qızıl, 1 gümüş, 1 bürünc medala sahib olub.

Qeyd edək ki, Avropa çempionatında 3 qızıl, 1 gümüş, 2 bürünc medal qazanan Azərbaycanın sərbəst güləş yığması (145 xal) da Rusiya (162 xal) və Türkiyədən (156 xal) sonra üçüncü yeri tutub. 1 qızıl, 3 bürünc medala sahib olan qadın güləşi üzrə milli komanda (96 xal) isə Ukrayna (168 xal), Bolqarıstan (112 xal) və Türkiyədən (98 xal) sonra 4-cü yerlə kifayətlənib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930