SON DƏQİQƏ

naxcivanxeberleri.com

Güləşçilərimiz Türkiyədə 11 medal qazanıb

Güləşçilərimiz Türkiyədə 11 medal qazanıb
15-04-2019, 10:28

Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında keçirilən "Victory Cup" turnirinə yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, son yarış günündə 6 güləşçimiz fəxri kürsüyə qalxıb. Sərbəst güləşçilərin mübarizəsində Fərhad Kərimli (60 kq) çempion olubsa, Mamed Əhmədov (60 kq) və Kənan Heybətov (51 kq) üçüncü yeri tutub. Qızların turnirində Elnurə Məmmədova (53 kq) və Mərziyə Sadıqova (61 kq) gümüş medal qazanıb. Yunan-Roma güləşçilərinin yarışında isə Elmir Əliyev (51 kq) fəxri kürsünün 2-ci pilləsinə yüksəlib.

Beləliklə, ümumilikdə bu yarışda qazancımız 11 medal - 2 "qızıl", 5 "gümüş" və 4 "bürünc" olub. Xatırladaq ki, beynəlxalq dərəcəli hakim Zaur Şərifov "Victory Cup"da ədaləti qoruyub.(Trend)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930