SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nə? Harada? Nə zaman? İntellektual oyunu üzrə Respublika Birinciliyi”nin qalibi Naxçıvan könüllüləri olub

Nə? Harada? Nə zaman? İntellektual oyunu üzrə Respublika Birinciliyi”nin qalibi Naxçıvan könüllüləri olub
11-05-2021, 18:35

10 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycan Könüllüləri arasında Nə? Harada? Nə zaman? İntellektual oyunu üzrə Respublika Birinciliyi” adlı intellektual turnir keçirilib.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, böyük dövlət xadimi Heydər Əliyevin irsinin gənclər tərəfindən daha yaxşı öyrənilməsi, Ümummilli Liderin azərbaycançılıq ideologiyasının dərindən mənimsənilməsi işinə töhfə vermək, eləcə də könüllülərin intellektual fəaliyyətə cəlb olunması və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə keçirilən onlayn turnirdə ölkənin 40 fərqli regionunu təmsil edən 41 komanda iştirak edib.

 “Zoom” platforması üzərindən keçirilən turnirdə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən iştirakları təmin olunan “Naxçıvan könüllüləri” komandası 1-ci yerin qalibi olub. Qax və Masallı rayonlarının könüllülərindən ibarət komandalar isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər. Qaliblər təşkilatçılar tərəfindən kubok və hədiyyələrlə mükafatlandırılacaqdır.

Naxçıvan könüllülərindən təşkil olunmuş komandanın üzvləri Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat ixtisasının IV kurs tələbəsi Fərid Hacıyev, Hüquqşünaslıq ixtisasının III kurs tələbəsi Şahmar Hüseynov, Tərcümə (ingilis-azərbaycan) ixtisasının III kurs tələbəsi Ağayar Həsənli, Tarix müəllimliyi ixtisasının III kurs tələbəsi Tuqay Əsədli və Fəlsəfə ixtisasının I kurs tələbəsi Atilla Əsgərli olub.

Qeyd edək ki, onlayn yarış Azərbaycan Könüllü Təşkilatları İttifaqının feysbuk səhifəsində canlı olaraq yayımlanıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930