SON DƏQİQƏ

naxcivanxeberleri.com

Cüdoçularımız olimpiadaya Kazanda hazırlaşır

Cüdoçularımız olimpiadaya Kazanda hazırlaşır
10-05-2021, 23:37

Rusiyanın Kazan şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplantısı keçirilir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, toplanışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı, Azərbaycan millisinin də üzvləri iştirak edirlər.

Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan təlimlərə Rusiya, Fransa, Yaponiya, Cənubi Koreya, Monqolustan, Almaniya, İtaliya, Belçika, Avstriya, Braziliya, Çexiya, Belarus, Özbəkistan, İspaniya, Gürcüstan, Hollandiya, Moldova, Qazaxıstan və digər ölkələrin yığmaları da qatılıb.

Kazan toplanışında olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri işrirak edirlər. Milli üzvləri baş məşqçi Ruslan Maşurenko və böyük məşqçi Elxan Məmmədovun başçılığı altında gündə 2 dəfə məşq edərək, yaxın gələcəkdə keçiriləcək dünya çempionatı və Tokio Yay Olimpiya Oyunlarına hazırlaşırlar.

Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı mayın 15-dək davam edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031