SON DƏQİQƏ

naxcivanxeberleri.com

Boccia üzrə muxtar respublika birinciliyi keçirilib-FOTO

Boccia üzrə muxtar respublika birinciliyi keçirilib-FOTO
8-05-2021, 21:30

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan Boccia üzrə muxtar respublika birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar və böyüklər arasında keçirilən yarış ulu öndərin əziz xatirəsinin yad edilməsi, sağlamlıq imkanları məhdud uşaq və gənclərin reabilitasiyası, asudə vaxtlarının idmanla dəyərləndirilməsi və boccia idman növünün inkişaf etdirilməsi məqsədi daşıyıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birincilikdə 26 paralimpiyaçı iştirak edib. Qaydalarına əsasən, hər oyunda ən çox xal toplayan iştirakçı növbəti mərhələyə yüksəlib. Uşaqlar arasında Zəhra Məmmədova bütün rəqiblərini məğlub edərək muxtar respublika birincisi olub. Cəlal Mürsəlli ikinci, Mikayıl İsmayıllı isə üçüncü olub. Böyüklər arasında ən yaxşı nəticə Niyaz Hüseynova məxsus olub. O, finalda qardaşı Qafqaz Hüseynovu üstələyərək birinci pilləyə sahib olub. Qaliblərin sıralamasında ilk üçlüyü tamamlayan bocciaçı Zakir Həsənov olub.

Mükafatlandırma mərasimində nazirliyin əməkdaşı Samir Oruclu və federeasiyanın sədr müavini Vüqar Məmmədov birinciliyin məqsədi və önəmindən bəhs edib, iştirakçılara uğurlar arzulayıblar.

İlk üçlükdə qərarlaşan paralimpiyaçılara diplom və hədiyyələr, digər iştirakçılara isə həvəsləndirmə məqsədilə fəxri fərmanlar təqdim edilib.

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930