SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şagirdlər arasında idman növləri üzrə yarışlar keçirilib

Şagirdlər arasında idman növləri üzrə yarışlar keçirilib
6-05-2021, 21:00

Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə 16 yaşdan yuxarı oğlan idmançılar arasında süni divara dırmanma idman yarışı keçirilib.
Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, yarışda çıxış edənlər yarışın keçirilmə məqsədi haqqında idmançılara geniş məlumat verərək uğurlar arzulayıblar. Süni Divar İdman Mərkəzində keçirilən birinciliyin yekununa əsasən Nihad Əhmədov I yerə, Canpolad Məmmədov II yerə, Samiq Həşimov isə III yerə layiq görülüb. Sonda yer tutan və fərqlənən idmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilib.
Qeyd edək ki, I, II və III yerləri tutan idmançılar 7 may 2021-ci il tarixdə keçiriləcək muxtar respublika mərhələsində Naxçıvan şəhərini təmsil edəcəklər.

Həmçinin Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin süni örtüklü mini-futbol meydançasında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə Naxçıvan şəhər və Babək rayon ümumtəhsil məktəblərində Fiziki tərbiyə dərslərini tədris edən müəllimlər arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib. Çıxış edənlər görüşün keçirilmə məqsədi haqqında danışıb və komandalara uğurlar arzulayıblar. Naxçıvan Şəhər və Babək Rayon Təhsil Şöbələrinin və Gənclər və İdman İdarələrinin birgə təşkil etdiyi görüşdə 3:0 hesabı ilə Naxçıvan komandası qalib gəlib. Sonda hər iki komandaya və komanda üzvlərinə təşkilatçıların diplom, fəxri fərman və hədiyyələri təqdim edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930