SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın ən güclü şahmatçıları Naxçıvanda

Azərbaycanın ən güclü şahmatçıları Naxçıvanda
3-05-2021, 22:12

Dünən Naxçıvan şəhərində ki, “Gənclik” Mərkəzində şahmat üzrə Azərbaycan çempionatına start verilib. Mayın 18-dək davam edəcək çempionatda 12 şahmatçı dairəvi sistem üzrə mübarizə aparacaq. Qalib gələcək zəka sahibi Azərbaycanı Dünya Kubokunda təmsil edəcək.
Reqlamentə gəlincə, çempionat 2 mərhələdə keçiriləcək. 1-ci mərhələdə 12 iştirakçı dairəvi sistem üzrə (11 turdan ibarət) mübarizə aparacaq. Hər bir şahmatçıya ilk 40 gedişə 1 saat 30 dəqiqə, sonra oyunun sonunadək 30 dəqiqə əlavə vaxt veriləcək. 1-ci gedişdən başlayaraq, hər gedişdən sonra 30 saniyə əlavə olunur. Heç-heçəyə razılaşmağa yalnız qaraların 40-cı gedişindən sonra icazə veriləcək. Çempionatda yerlər toplanmış xalların cəminə görə müəyyən ediləcək. İki və ya daha çox şahmatçı eyni xal toplayarsa, yerlər əlavə göstəricilərə əsasən müəyyən olunacaq.

İlkin mərhələdə 1-4-cü yerləri tutan şahmatçılar 2-ci mərhələdə play-off sistemi üzrə yarımfinal (I-IV, II-III) və finalda çempionu müəyyən edəcəklər. Yarımfinal və final mərhələlərində iki oyun (ağ və qara fiqurlarla) keçiriləcək. Əgər hesab 1:1 olarsa, əvvəlcə 15 dəqiqə + 10 saniyə nəzarət vaxtı ilə (sürətli şahmat) əlavə 2 oyun (ağ və qara fiqurlarla), yenə də qalib müəyyən olunmazsa, 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə (blits) 2 oyun və nəhayət, qalib müəyyən olmadıqda “armagedon” (ağlara 5, qaralara 4 dəqiqə vaxt verilir və ağlar qalib gəlməsələr, qalib qara fiqurlarla oynayan olur) oynanılacaq.
Yarımfinal mərhələsində məğlub olmuş şahmatçılar eyni sistem üzrə 3-cü yer uğrunda yarışacaqlar.
Çempionatda kişilər arasında Azərbaycan milli komandasının üzvləri, 1 aprel tarixdə beynəlxalq əmsalı 2500-dən yuxarı olan və son 5 ildə turnir və çempionatlarda aktiv iştirak edən şahmatçılar (sıra ilə), 2019-cu il kişilər arasında Azərbaycan çempionu, 2019-cu il Azərbaycan çempionatında 1-ci dəstənin qalibi, 2021-ci il Naxçıvan Muxtar Respublikasının çempionu olan zəka sahibləri qalibi müəyyənləşdirməyə çalışacaqlar.
Püşkatmaya əsasən ilk turda aşağıdakı qarşılaşmalar keçiriləcək:
qrossmeyster Eltac Səfərli (2598) - qrossmeyster Urfan Sevdimalıyev (2369)
qrossmeyster Nicat Abasov (2665) - beynəlxalq usta Aydın Süleymanlı (2520)
qrossmeyster Nicat Məmmədov (2609) – qrossmeyster Vüqar Əsədli (2572)
qrossmeyster Vasif Durarbəyli (2606) - beynəlxalq usta Kənan Qarayev (2331)
qrossmeyster Misrətdin İsgəndərov (2535) - beynəlxalq usta Abdulla Qədimbəyli (2470),
qrossmeyster Fərid Abbasov (2528) - beynəlxalq usta Məhəmməd Muradlı (2449)
Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 15.000 (on beş min) manat təşkil edir.

 Ceyhun MƏMMƏDOV

 



Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31