SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çempionlar Turu: Şəhriyar Məmmədyarov yarımfinala məğlubiyyətlə başladı

Çempionlar Turu: Şəhriyar Məmmədyarov yarımfinala məğlubiyyətlə başladı
30-04-2021, 09:38

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün ilk yarımfinal görüşlərini keçirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 36 yaşlı qrossmeyster bu raundda ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb. Mübarizəyə qara fiqurlarla başlayan Məmmədyarov ilk partiyada uduzsa da, növbəti görüşdə ağ fiqurlarla qələbə qazanıb. Son 2 partiyada da rəqibinə təslim olan Məmmədyarov yarımfinal mərhələsinə uğursuz start verib.

1/4 finalda Teymur Rəcəbovu mübarizədən kənarlaşdıran Maqnus Karlsen isə yarımfiinala heç-heçə ilə başlayıb. Dünya çempionu Ermənistan şahmatçısı Levon Aronyanla 2:2 hesablı sülhə razılaşıb.

Yarımfinalın digər görüşləri bu gün keçiriləcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

Çempionlar Turu: "New In Chess"

Yarımfinalın ilk günündə qeydə alınan nəticələr

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Hikaru Nakamura (ABŞ) - 1:3 (0:1; 1:0; 0:1; 0:1)

Maqnus Karlsen (Norveç) - Levon Aronyan (Ermənistan) - 2:2 (0,5:0,5; 0,5:0,5; 1:0; 0:1)

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930