SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qarabağ"ın yarımmüdafiəçisi 7-ci dəfə turun ən yaxşı futbolçuları siyahısına düşüb

11-04-2019, 21:12

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun rəmzi komandası müəyyənləşib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, “InStat” şirkətinin təhlili əsasında "11-liy"ə "Qarabağ"ın 5, "Neftçi"nin 3, "Sabah", "Qəbələ" və "Sumqayıt"ın hərəyə 1 futbolçusu düşüb. Onlardan ən çox - 7-ci dəfə "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana siyahıda yer alıb. "Sumqayıt"ın forvardı Peyman Babayi isə ilk dəfə fərqləndirilib.

Rəmzi komandanın tərkibi:

Qapıçı: Vaqner da Silva (“Qarabağ”) - 2

Müdafiəçilər: Donald Qerye (“Qarabağ”) - 5, Kiril Petrov (“Neftçi”) - 6, Filip İvanoviç (“Sabah”) - 2, Amin Seydiyev (“Qəbələ”) - 2

Yarımmüdafiəçilər: Baqali Dabo (“Neftçi”) - 5, Qoran Paratski (“Neftçi”) - 2, Markos Madera (“Qarabağ”) - 4, Dani Kintana (“Qarabağ”) - 7

Hücumçular: Mahir Mədətov (“Qarabağ”) - 6, Peyman Babayi (Sumqayıt).

Həftənin ən yaxşı futbolçusu adına isə "Neftçi"nin hücumçusu Baqali Dabo layiq görülüb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031