SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çempionlar Turu: Məmmədyarov Karlsen, Aronyan və Rəcəbovla üz-üzə

Çempionlar Turu: Məmmədyarov Karlsen, Aronyan və Rəcəbovla üz-üzə
26-04-2021, 10:18

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün sonuncu 5 tur oynanılacaq.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov XI turda üz-üzə gələcəklər. Məmmədyarov ağ, Rəcəbov isə qara fiqurlarla oynayacaq.

Rəcəbov Sergey Karyakin (Rusiya) və Lenyer Dominges (ABŞ) ilə ağ, Le Kuanq Lyem (Vyetnam) və Vidit Qucrati (Hindistan) ilə qara fiqurlarla qarşılaşacaq.

Məmmədyarov isə Levon Aronyan (Ermənistan) və Maqnus Karlsenlə (Norveç) ağ, Aryan Tari (Norveç) və Yohan-Sebastyan Kristiansenə (Norveç) qarşı qara fiqurlarla mübarizə aparacaq.

Çempionlar Turu, V mərhələ

"New In Chess"

26 aprel

XI tur

Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov

XII tur

Teymur Rəcəbov - Sergey Karyakin (Rusiya)

Aryan Tari (Norveç) - Şəhriyar Məmmədyarov

XIII tur

Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan)

Le Kuanq Lyem (Vyetnam) - Teymur Rəcəbov

XIV tur

Teymur Rəcəbov - Lenyer Dominges (ABŞ)

Yohan-Sebastyan Kristiansen (Norveç) - Şəhriyar Məmmədyarov

XV tur

Şəhriyar Məmmədyarov - Maqnus Karlsen (Norveç)

Vidit Qucrati (Hindistan) - Teymur Rəcəbov

10 turdan sonra 6 xala malik Məmmədyarov və Rəcəbov 5-6-cı yerlərdə qərarlaşıb. 4-cü yerdə gedən Lyemin də eyni xalı var. Karlsen 7 xalla liderdir, Firuzca və Nakamura hərəyə 6,5 xalla 2-3-cü yerləri bölüşür.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031