SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyəli güləşçi ermənini udub Avropa çempionumuza rəqib oldu

Türkiyəli güləşçi ermənini udub Avropa çempionumuza rəqib oldu
23-04-2021, 16:00

Türkiyənin yunan-Roma güləşçisi Yunus Emre Başar Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında 1/8 final görüşünə çıxıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 77 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançı Ermənistan təmsilçisi Varujan Qriqoryanla üz-üzə gəlib.

Rəqibinə heç bir şans verməyən Başar vaxtından əvvəl qələbə qazanaraq, 1/4 finala adlayıb.

Türkiyəli güləşçi bu raundda Azərbaycan təmsilçisi, 2020-ci ilin Avropa çempionu Sənan Süleymanovla qarşılaşacaq. Süleymanov 1/8 finalda Harri Latvala (Finlandiya) 9:0 hesabı ilə qalib gəlib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31