SON DƏQİQƏ

naxcivanxeberleri.com

AVRO-2020: UEFA təşkilatçı şəhərlərin sayını azaltdı

AVRO-2020: UEFA təşkilatçı şəhərlərin sayını azaltdı
23-04-2021, 15:30

UEFA Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərlə bağlı yekun qərarını açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Avropa futbol qurumu İrlandiyanın paytaxtı Dublinin və İspaniyanın Bilbao şəhərinn oyunlara ev sahibliyi etməyəcəyini rəsmən bəyan edib.

UEFA İcraiyyə Komitəsi İsveçrənin Nyon şəhərindəki iclasında Almaniyanın Münhen şəhərində əvvəlcədən nəzərdə tutulan matçların keçiriləcəyini təsdiqləyib.

Bilbaodakı oyunlar Sevilya şəhərindəki "Estadio La Cartuja" stadionunda olacaq. Burada E qrupunun 3 matçı və 1/8 final mərhələsinin 1 oyunu gerçəkləşəcək. Stadionun 30 faizi azarkeşlərlə dolacaq.

E qrupunun digər 3 oyunu isə Dublindən alınaraq Rusiyanın Sankt-Peterburq şəhərinə həvalə olunub. Burada gerçəkləşməli olan 1/8 final mərhələsinin bir gürüşü isə Londondakı "Uembli" stadionuna verilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31