SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rəcəbov və Məmmədyarovun Aronyanla görüşünün vaxtı bilindi

Rəcəbov və Məmmədyarovun Aronyanla görüşünün vaxtı bilindi
23-04-2021, 09:28

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsinin püşkü atılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov "New In Chess" yarışın ilk turunda ABŞ təmsilçisi Hikaru Nakamuraya rəqib olub.

Teymur Rəcəbov isə birinci turda Qaveyn Consla (Böyük Britaniya) üz-üzə gələcək. Rəcəbov ağ, Məmmədyarov qara fiqurlarla oynayacaq.

Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla III, Məmmədyarov isə XIII turda qarşılaşacaq. Onlar mevafiq olaraq qara və ağ firuqlarla mübarizə aparacaqlar.

V mərhələdə də 16 şahmatçı olacaq. Yarış İddiaçılar Turniri ilə eyni vaxta düşdüyü üçün siyahıya aparıcı qrossmeysterlərin əvəzinə bir neçə yeni şahmatçı daxil edilib.

Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dolları olacaq. Qalib 30 000 dollar qazanacaq.

Qeyd edək ki, aprelin 24-də start götürəcək yarış mayın 2-də başa çatacaq. Qeyd edək ki, püşkə əsasən, ilk 5 tur aprelin 24-də, VI - X turlar aprelin 25-də, XI - XV turlar aprelin 26-da keçiriləcək. İlkin mərhələnin yekununda 8 ən güclü şahmatçı 1/4 finala yüksələcək. Turnirə mayın 2-də yekun vurulacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31