SON DƏQİQƏ

naxcivanxeberleri.com

Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub

Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
22-04-2021, 21:23

Azərbaycan güləşçisi Mariya Stadnik səkkizqat Avropa çempionu olub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Polşanın paytaxtı Varşavada təşkil olunan Avropa çempionatında 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 1,5 illik fasilədən sonra güləş xalçasına inamlı qələbə ilə qayıdıb. Təcrübəli güləşçimiz Rusiya idmançısına heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb. Finala gedən yolda güləşçimizin rəqibi ukraynalı idmançı olub. Rəqibini məğlub edən M.Stadnik Avropa çempionatının finalına yüksəlib. Aprelin 22-də qızıl medal uğrunda görüşdə idmançımız Bolqarıstan təmsilçisi Miqlena Selişkaya qalib gəlib və səkkizqat Avropa çempionu adına layiq görülüb.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medala sahib olublar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31