SON DƏQİQƏ

naxcivanxeberleri.com

KİV: Avropa çempionatı daha bir şəhərdən alındı

KİV: Avropa çempionatı daha bir şəhərdən alındı
22-04-2021, 20:33

İrlandiyanın paytaxtı Dublin AVRO-2020-nin oyunlarına ev sahibliyi hüququndan məhrum edilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Polşanın "PolsatSport" nəşri xəbər yayıb.

Bildirilib ki, Dublində keçirilməli olan matçlar Rusiyanın Sankt-Peterburq şəhərinə həvalə olunub. Rəsmi açıqlamanın aprelin 23-də veriləcəyi vurğulanıb.

Daha əvvəl İspaniyanın Bilbao şəhərinin AVRO-2020-yə ev sahibliyi etməyəcəyi dəqiqləşib. Qitə çempionatı Almaniyanın Münhen şəhərindən də alına bilər.

Qeyd edək ki, Avropa çempionatı bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Londondakı "Uembli" stadionu D qrupunun oyunları ilə yanaşı, 1/8 final oyunu, yarımfinal qarşılaşmaları və iyulun 11-də final matçına ev sahibliyi etməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31