SON DƏQİQƏ

naxcivanxeberleri.com

Almaniya klubları AVRO-2020-yə görə karantinə göndərilir

Almaniya klubları AVRO-2020-yə görə karantinə göndərilir
22-04-2021, 15:18

Almaniyanın I və II Bundesliqasında çıxış edən futbol klubları Avropa çempionatından əvvəl mövsümü vaxtında bitirmək üçün təcrid olunacaqlar.

NAXCİVANXEBERLERİ.COM Almaniya Futbol Liqasının (DFL) saytına istinadən xəbər verir ki, qurum hər iki yarışda son 3 turun oyunlarının sərt karantin tədbirləri altında keçirilməsinə qərar verib.

Mayın 3-dən oyunçular və məşqçi heyəti yalnız evdə, məşq bazasında və stadionlarda olacaqlar. Onlar koronavirus testindən keçdikdən sonra mayın 12-də karantin düşərgəsinə yollanacaqlar. Orada futbolçu və məşqçilərin yalnız bir-biriləri ilə ünsiyyətdə olmasına icazə veriləcək. Bu müddət mayın 23-də başa çatacaq.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31