SON DƏQİQƏ

naxcivanxeberleri.com

Güləşçimiz Şərif Şərifov Avropa çempionu olub

Güləşçimiz Şərif Şərifov Avropa çempionu olub
11-04-2019, 09:37

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatının qalibi olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, çempionatda 92 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz mübarizəyə 1/4 finaldan başlayıb. Ş.Şərifov Rusiya nümayəndəsini üstələyərək yarımfinala yüksəlib. Gürcüstan pəhləvanına da öz gücünü göstərən təmsilçimiz ardıcıl ikinci, ümumilikdə üçüncü dəfə qitə birinciliyinin finalına yüksəlib. Həlledici görüşdə polşalı rəqibini məğlub edən Ş.Şərifov üçüncü dəfə Avropa çempionu olub.

Bir gün əvvəl Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatını 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031