SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropa çempionatı: Cüdoçumuz bürünc medal görüşünə vəsiqə qazandı

Avropa çempionatı: Cüdoçumuz bürünc medal görüşünə vəsiqə qazandı
18-04-2021, 18:16

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında bürünc medal görüşünə vəsiqə qazanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən 23 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, avstriyalı Aaron Fara və macarıstanlı Jombor Veqi yendikdən sonra 1/4 finalda gürcüstanlı İlia Sulamanidzeyə uduzub.

Bununla belə, Kotsoyev təsəlliverici görüşdə fransalı Siril Mareni üstələməyi bacarıb. 3-cü yer uğrunda qarşılaşmada onun rəqibi rusiyalı Niyaz İlyasov olacaq.

Bu gün tatami üzərinə çıxan azərbaycanlı digər cüdoçulardan Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, hələlik Azərbaycan cüdoçularından yalnız Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31