SON DƏQİQƏ

naxcivanxeberleri.com

Məşhur basketbolçu karyerasını başa vurub

Məşhur basketbolçu karyerasını başa vurub
10-04-2019, 11:11

Milli Basketbol Liqasında çıxış edən “Dallas”ın oyunçusu Dirk Novitski karyerasını başa vurub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, 40 yaşlı almaniyalı basketbolçu qərarını müntəzəm çempionatda “Feniks”si 120:109 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlayıb. Azarkeşlərə və komanda yoldaşlarına təşəkkür edən Novitski ilin fiziki baxımdan onun üçün ağır keçdiyini söyləyib.

Qeyd edək ki, Almaniyanın “Vyurtsburq” klubunun yetirməsi olan Novitski 1998-ci ildən “Dallas”da çıxış edirdi. 2011-ci ildə NBA çempionu adını qazanan idmançı, 2007-ci ildə NBA-da ən dəyərli oyunçu adına layiq görülən ilk avropalı olub. “Dallas” cari mövsümdə pley-offa vəsiqə qazana bilməyib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930