17:44 - Ərdoğan Bəxtiyar Vahabzadənin məşhur şeirini səsləndirib
17:38 - Boşanmaq istəyən şəxs qeydiyyatda olmadığı başqa bir rayon məhkəməsinə müraciət edə bilərmi?
17:02 - Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib-FOTO
16:51 - Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"
16:47 - “TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub
16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”
16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"
15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"
15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"
15:43 - Türkiyə Prezidenti: "Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm"
15:41 - Ərdoğan: "Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam"
Naxçıvanda keçirilən “C” kateqoriyalı məşqçi kursunun lisenziyaları təqdim olunub - FOTO
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, lisenziyaların təqdim olunması mərasimi Uzunoba Təlim-Məşq İdman Kompleksində baş tutub.
Naxçıvan Futbol Federasiyasının (NFF) sədr müavini Sakit Rzayev son illər bölgənin futbol həyatındakı yeniliklərin bu sahənin inkişafına mühüm töhfə olduğunu vurğulayıb. O, deyib ki, ötən dövr ərzində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə qurulan uğurlu əməkdaşlıq sayəsində məşqçi və hakimlərimizin futbol təhsili təmin olunub. Nəticədə onların bilik və bacarıqları artıb, karyera baxışları müsbət mənada dəyişib. “C” kateqoriyalı məşqçi kursu peşəkarlıq yolunda ilkin mərhələdir.Vurğulanıb ki, yeni yaradılan Uzunoba Təlim-Məşq İdman Kompleksi gənc məşqçilər üçün faydalı olacaq.
Çıxışların ardından, kursu müvəffəqiyyətlə bitirən iştirakçılara “C” kateqoriyalı məşqçi lisenziyası və diplomlar təqdim edilib.
Qeyd edək ki, AFFA-nın dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən kursa ötən ilin sentyabr ayında start verilib və fasilələrlə 3 modul şəklində icra olunub. Kursa muxtar respublikanın müxtəlif bölgələrindən 15 məşqçi qatılıb.