SON DƏQİQƏ

naxcivanxeberleri.com

AVRO-2020: Münhendəki oyunlara azarkeşlərin buraxılması üçün müraciət edildi

AVRO-2020: Münhendəki oyunlara azarkeşlərin buraxılması üçün müraciət edildi
7-04-2021, 14:28

Almaniya Futbol İttifaqı (DFB) Avropa çempionatının bu il Münhen şəhərində keçiriləcək oyunlarında azarkeşlərin olmasını istəyir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə yerli mətbuata açıqlamasında DFB-nin vitse-prezidenti Rayner Kox açıqlama verib.

63 yaşlı funksioner Münhen şəhərinin və Bavariya regional vilayətinin məsul şəxslərinə oyunlara az sayda fanatların buraxılması üçün müraciət edib: "Onların mümkün ssenari təqdim etmək üçün əllərindən gələni etmələrini xahiş edirəm".

Koxun fikrincə, AVRO-2020-ni qəbul edəcək digər ölkələrdə peyvəndləmə daha sürətli aparılır, eyni zamanda yarışda azarkeşlərin iştirakı üçün ssenarilərin hazırlanması və həyata keçirilməsi daha çox inkişaf etməkdədir.

Münhendə AVRO-2020-nin F qrupunun oyunları ilə yanaşı, 1/4 final matçı da keçirilməlidir.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930