SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın taekvondo üzrə olimpiya çempionu Ukraynada döyüşəcək

Azərbaycanın taekvondo üzrə olimpiya çempionu Ukraynada döyüşəcək
8-04-2019, 23:19

Taekvondo üzrə Azərbaycan milli komandası Xarkov şəhərində beynəlxalq "Ukraina Open" turnirində iştirak edəcək.

NAXCİVANXEBERELERİ.COM-un məlumatına görə, aprelin 12-də start götürəcək G1 kateqoriyalı turnirə 9 idmançı qatılacaq. Üç gün davam edəcək yarışa Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Harçeqani (80 kq), Ramin Əzizov (87 kq), olimpiya, dünya və Avropa çempionu Radik İsayev (+87 kq), Patimat Abakarova (53 kq), Fəridə Əzizova (67 kq) təmsil edəcək.

Komanda üzvləri Ukraynaya baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi altında aprelin 11-də yollanacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930