SON DƏQİQƏ

naxcivanxeberleri.com

III Avropa Oyunlarının proqramına daha iki idman növü daxil edildi

III Avropa Oyunlarının proqramına daha iki idman növü daxil edildi
1-04-2021, 11:00

2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramına daha iki idman növünün daxil edilməsi təsdiqlənib.

NAXCİVANXEBERLERİ.COM Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi saytına istinadən xəbər verir ki, bunlar idman dırmanması və triatlondur.

İdman dırmanması Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarından sonra III Avropa Oyunlarında da olacaq və 2024-cü il Paris olimpiadasına lisenziya xarakteri daşıyacaq.

Triatlon ilk dəfə "Bakı 2015" I Avropa Oyunlarının proqramında olsa da, 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarında olmayıb.

Avropa Triatlon Federasiyasının prezidenti Renato Bertrandi Polşadakı yarışda Bakıdakı ilə müqayisədə daha çox idmançının çıxış edəcəyini bildirib.

Qeyd edək ki, III Avropa Oyunlarının 9 - 25 iyun 2023-cü ildə təşkili nəzərdə tutulub. 2020-ci ildə açıqlanmış ilkin proqramda 23 idman növu yer alıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031