SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Qarabağ”dan ayrılan qapıçı İslandiya klubuna keçəcək

“Qarabağ”dan ayrılan qapıçı İslandiya klubuna keçəcək
8-04-2019, 22:47

Ağdamın "Qarabağ” klubunun sabiq qapıçısı Hannes Halldorsson karyerasını İslandiyada davam etdirəcək.

Azərbaycan çempionu ilə müqaviləsini bir neçə gün əvvəl xitam verilən qolkiper "Valyur”a keçəcək.

İslandiya yığmasının üzvü olan H.Halldorsson yeni klubunun nümayəndələri ilə görüşüb. İlkin danışıqlar müsbət nəticə verdiyindən onun yaxın günlərdə komandaya qoşulacağı gözlənilir. Altı ildən sonra İslandiyaya qayıdan qolkiper bu müddətdə Azərbaycan, Danimarka və Norveçdə çıxış edib.
Qeyd edək ki, 2018-ci ilin yayında "Qarabağ”a transfer olunan H.Halldorsson bu mövsüm Ağdam təmsilçisinin heyətində 8 oyunda (4 Topaz Premyer Liqası, 4 avrokubok) meydanda olub. (ONA)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930