SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gimnastımız Səməd Məmmədli beynəlxalq turnirdə bürünc medal qazandı

Gimnastımız Səməd Məmmədli beynəlxalq turnirdə bürünc medal qazandı
8-04-2019, 21:15

Almaniyanın paytaxtı Berlində keçirilən idman gimnastikası üzrə ənənəvi “Junior Team Cup” adlı beynəlxalq turnirin qaliblərinin adları müəyyənləşib.

Azərbaycan Gimnastika Federasiyasından NAXCİVANXEBERELERİ.COM-a verilən məlumata görə, 26 ölkədən 140 gənc gimnastın toplaşdığı turnirdə ölkəmizi təmsil edən, Yeniyetmələrin Olimpiya Oyunları 2018-in iştirakçısı Səməd Məmmədli həmyaşıdları arasında fərqlənərək, bürünc medala layiq görülüb. Gimnastımızın dəstəli atda çıxışını hakimlər 12.850 xalla dəyərləndirib. Səməd turnikdəki nümayişinə görə də final mərhələsinə yüksəlib və yekunda 11.550 xalla 6-cı olub.

Digər təmsilçimiz Rüstəm Əhməd isə öz yaş kateqoriyasında dəstəli atda finala vəsiqə qazanıb. Yekun mərhələdə gənc gimnastımız 12.200 xalla yarışı 4-cü yerdə bitirib.(Trend)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930