SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənc cüdoçumuz Avropa kubokunun qalibi olub

Gənc cüdoçumuz Avropa kubokunun qalibi olub
7-04-2019, 23:20

İtaliyanın Liqnano şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, beynəlxalq yarışda 35 ölkənin idmançıları ilə yanaşı, Azərbaycan cüdoçuları da mübarizə aparırlar.

Turnirin ilk günündə milli komandamız aktivinə bir medal yazdırıb. Ölkəmizi 60 kq çəki dərəcəsində təmsil edən Əhməd Yusifov Böyük Britaniya, Rumıniya, Rusiya və İtaliya təmsilçilərinə qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada italiyalı rəqibi Alessandro Aramunu məğlub edən Azərbaycan cüdoçusu Avropa kubokunda qızıl medal qazanıb. 604 cüdoçunun mübarizə apardığı beynəlxalq yarış aprelin 7-də başa çatacaq.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930