SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Barselona" Messiyə yeni müqavilə təklif edəcək

6-04-2019, 18:49

İspaniyanın "Barselona" klubu futbolçusu Lionel Messiyə yeni müqavilə təklif edəcək.

NAXCİVANXEBERELERİ.COM-un məlumatına görə, bu barədə klub prezidenti Xosep Mariya Bartomeu açıqlama verib.

O, argentinalı hücumçu ilə sözləşməni 2017-ci ildə 4 il müddətinə uzatmalarına baxmayaraq, bir daha belə bir addım atmaq istədiklərini söyləyib: "Biz Messi ilə müqaviləni yeniləmək istərdik. O, hələ gəncdir, hazırkı sözləşməsinin bitiminə daha 2 il var. Amma daim öz üzərində çalışır. İnanıram ki, qarşıda neçə illəri var. Yaxın aylarda danışıqlara başlayacağıq ki, bu illərini komandamızda keçirsin. Messi bir klubun adamıdır. Məsələ təkcə meydanda etdikləri ilə bağlı deyil. Onun klubumuzla əlaqəsi uzun müddət davam edəcək. İstərdik ki, Messi həmişə "Barsa"da olsun".

Qeyd edək ki, Lionel Messi "Barselona"da 2003-cü ildən çıxış edir. Bu mövsüm 31 yaşlı hücumçu "Barselona"da, ümumilikdə, 39 oyuna 42 qol vurub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031