SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan yığmasının sabiq futbolçusu Türkiyə Super Liqasında ilk qolunu vurub

Azərbaycan yığmasının sabiq futbolçusu Türkiyə Super Liqasında ilk qolunu vurub
6-04-2019, 18:19

"Trabzonspor" klubunun futbolçusu Murat Cem Akpınar Türkiyə Super Liqasının XXVII turunun açılış oyununda "Antalyaspor"un qapısından keçirdiyi qoldan sonra diqqət mərkəzinə düşüb.

NAXCİVANXEBERELERİ.COM xəbər verir ki, meydana 88-ci dəqiqədə girən 20 yaşlı yarımmüdafiəçi 90+4-cü dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdirib - 4:1. Gənc oyunçu Superliqada ilk qolunu vurub. Bu qələbədən sonra xallarını 46-ya çatdıran "Trabzonspor" 4-cü pillədə möhkəmlənib və 3-cü pillədəki "Beşiktaş"la xal fərqini minimuma endirib.

Murat Cem Akpınar əvvəllər Azərbaycanın U-17 yığmasında çıxış edib. Milliyə Təbriz Həsənovun baş məşqçi olduğu vaxt dəvət alan futbolçu 13 oyuna 2 qol vurub. Lakin o, daha yuxarı yaşlılardan ibarət komandalara çağırılmayıb.

Qeyd edək ki, Murat Cem Akpınar Trabzonda doğulub. "Trabzonspor"un aşağı yaş qruplarından ibarət komandasından yetişən yarımmüdafiəçi ötən mövsümü "1461 Trabzonspor"da icarə əsasında keçirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30