SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi keçirilib

Naxçıvanda “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi keçirilib
5-04-2019, 17:01

5 aprel 2019-cu il tarixdə Naxçıvan şəhər ərazisində yerləşən “N” saylı hərbi hissənin təlim-məşq meydanında yaz çağırışına həsr olunmuş “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan etmiş və qeyd etmişdir ki, bu cür yarışların keçirilməsi yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onlarda vətənpərvərlik hisslərinin aşılanmasına və hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsinə kömək edir. Sonra Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik leytenant Vahid Məmmədov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Şahmar Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi, kapitan Müşfiq Tağıyev çıxış edərək keçirilən yarışın məqsədi haqqında danışmış və komandalara uğurlar diləmişlər. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Naxçıvan Şəhər Təhsil Şöbəsi və SHXÇDX-nin Naxçıvan Şəhər İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 17 tam orta məktəbin komandası iştirak etmişdir. Poliatlon çoxnövçülük proqramına uyğun olaraq yarış 100 metr qaçış, qumbara atma, 2000 metr kross və turnikdə dartınma növləri üzrə keçirilmişdir. Yarışın yekununa əsasən 9 nömrəli tam orta məktəbin komandası I yerə, 16 nömrəli tam orta məktəbin komandası II yerə, 14 və 17 nömrəli tam orta məktəblərin komandaları isə III yerlərə layiq görülmüşlər. Sonda yer tutan komandalara və komanda üzvlərinə təşkilatçıların diplom, fəxri fərman və kubokları verilmişdir.
Məlumat üçün qeyd edək ki, I yerin qalibi olan 9 nömrəli tam orta məktəbin komandası 17 aprel 2019-cu il tarixdə keçiriləcək Naxçıvan Muxtar Respublika zona birinciliyində Naxçıvan şəhərini təmsil edəcəkdir.


Naxçıvanda “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi keçirilib
Naxçıvanda “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi keçirilib

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031