SON DƏQİQƏ

naxcivanxeberleri.com

Üç növdə şəhər birinciliyi keçirilib

Üç növdə şəhər birinciliyi keçirilib
3-03-2021, 21:17

Naxçıvan Muxtar Respublika Stadionunda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Naxçıvan şəhər tam orta məktəblərinin şagirdləri arasında atletikanın yadroitələmə, nizəatma və qaçış növləri üzrə şəhər birincilikləri keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, şəhər Təhsil Şöbəsi, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Naxçıvan şəhər bölməsi və şəhər Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi birincilikdə 13 tam orta məktəbdən 182 idmançı (hər komandadan 7 oğlan, 7 qız) iştirak edib.

Yadroitələmə növündə idmançılar yadronu diametri 213,5 sm olan məhdudlanmış çevrə içərisindən meydanın nişanlanmış bölməsinə tullayıblar. Şəxsi xarakter daşıyan birinciliyin yekununa əsasən qızlar arasında Əfsanə Babayeva, oğlanlar arasında Əli Rzayev qalib adını qazanıblar.
Nizəatma növündə isə qızlar arasında Günayə Həsənova, oğlanlar arasında isə İsmayıl Orucov hamıdan güclü olublar.
Qaçış növündə qızlar arasında Aminə Novruzzadə 100, Elmira Əlizadə 200, Zeynəb Müslümova 400, Sevinc Əliyeva 800, Cəmilə Əmirova isə 1500 metr məsafədə finiş xəttinə hamıdan tez çatıblar. Oğlanların mübarizəsində isə Ayxan Heydərov 100, Kənan Yəhyayev 200, Əliabbas Səfərov 400, Mehdi Həsənov 800, Cabbar Əliyev isə 1500 metr məsafədə birinci yerə layiq görülüblər.
Komanda hesabında isə 15 nömrəli tam orta məktəbin komandası fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Digər iki pillədə isə 9 və 14 nömrəli tam orta məktəblərin komandaları qərarlaşıblar.
Sonda yer tutan komanda və idmançılara təşkilatçıların diplomları təqdim olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930