SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanlı boksçu beynəlxalq turnirdə qızıl medal qazanıb

Naxçıvanlı boksçu beynəlxalq turnirdə qızıl medal qazanıb
3-04-2019, 14:00

Bakı Boks Mərkəzində təşkil olunan “Böyük İpək Yolu” beynəlxalq turnirində Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirməsi Tayfur Əliyev uğurlu nəticə qazanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Tayfur Əliyev 56 kiloqram çəki dərəcəsində rinqə çıxıb. Həlledici görüşə kimi bütün rəqiblərini üstələyən boksçumuz finalda Qazaxıstan idmançısı Orazbek Assilkulovla qarşılaşıb. Bu görüşdə də rəqibini 5:0 hesabı ilə məğlub edən Tayfur Əliyev turnirin qızıl medalını qazanıb.

Qeyd edək ki, 10 çəki dərəcəsi üzrə keçirilən turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan millilərinin 117 idmançısı qüvvəsini sınayıb. Azərbaycan yığması turnirdə 4 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıb.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031