SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu il Formula 1 Azərbaycan Qran Pirisi yeni qaydalarla keçiriləcək

Bu il Formula 1 Azərbaycan Qran Pirisi yeni qaydalarla keçiriləcək
2-03-2021, 11:55

2021 Formula 1 Azərbaycan Qran Pirisi koronavirus pandemiyası səbəbindən yeni qaydalarla keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətinin rəhbəri Ayan Nəcəf bu gün keçirilən seminarda deyib.

O bildirib ki, yarış həftəsonu 4 gün deyil, 3 gün davam edəcək: "Həmçinin Mükafatlandırma tədbirlərinə də məhdudiyyətlər qoyulub".

A.Nəcəf vurğulayıb ki, Formula 1 Azərbaycan Qran Prisi 6 iyunda baş tutacaq: "Digər illərdən fərqli olaraq Formula1 Qran Prisinin ilk yarışı Avstraliyada deyil, 28 mart Bəhreyndə keçiriləcək".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930