21:18 - Özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüşlər davam etdirilir
20:56 - Güləşçimiz Avropa çempionatının finalına yüksəlib
20:21 - Hikmət Hacıyev və Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini məsləhətləşmələr aparıb
19:42 - Azərbaycanın milli parklarının yaz görüntüləri-FOTO
19:23 - Naxçıvanda birləşmə və hissələrin rabitə bölmələri ilə taktiki məşğələ keçirilib-FOTO-VİDEO
19:10 - Deputat şəhid ailələri ilə görüşdü-FOTO
18:59 - Mühasiblər üçün növbəti təlim keçirilib-FOTO
18:34 - Rusiyada iki alpinist itkin düşüb
18:21 - İstanbulda dünyanın ən böyük Türkiyə bayrağı ucaldılıb
18:17 - AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası olub
17:29 - Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
17:18 - Mövlut Çavuşoğlu: "Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik"
17:12 - Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
17:00 - Naxçıvan Beynəlxalq Hava Limanındataktiki-xüsusi təlim keçirilib -FOTO
FIDE reytinqi: Azərbaycanın iki şahmatçısı irəlilədi
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
NAXCİVANXEBERLERİ.COM FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.
Şəhriyar Məmmədyarov bir pillə irəliləyərək 2770 xalla 8-ci olub. 9-cu sıradakı ABŞ təmsilçisi Uesli Sonun da eyni xalı var. 2 765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.
Qədir Hüseynov (2665) və Nicat Abbasov (2664) bir pillə geriləyiblər. Onlar müvafiq olaraq 72 və 75-ci yerlə kifayətləniblər. Rauf Məmmədov isə 3 pillə geriləyərək 90-cı ola bilib.
Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.
Qadın şahmatçılardan Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 29-cudur. Bir pillə irəliləyən Gülnar Məmmədova (2382) 79-cu sıradadır. 2376 xalı olan Xanım Balacayeva isə 89-cu pillədə qalıb.