SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan güləşçiləri Kiyevdən 6 medalla qayıdır

Azərbaycan güləşçiləri Kiyevdən 6 medalla qayıdır
28-02-2021, 16:54

Azərbaycan güləşçiləri Kiyevdə Ukraynanın tanınmış məşqçi və güləşçilərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 6 medal qazanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, sərbəst güləş yığması Bakıya 2 qızıl, 1 gümüş və 2 bürünc, qadınlardan ibarət milli komanda isə 1 bürünc medalla qayıdır.

Sonuncu yarış günündə sərbəst güləşçilərdən Əhmədnəbi Qvarzatilov (61 kq) yerli pəhləvan Andrey Celepi 7:2 hesabı ilə yenərək, qızıl medala sahib olub. Əvəzində həlledici qarşılaşmada özbəkistanlı İlyas Bekbulatova 0:5 hesabı ilə uduzan Cəbrayıl Hacıyev (70 kq) gümüş medalla kifayətlənib. Bürünc medalı isə 3-cü yer uğrunda görüşdə moldovalı Samhan Cəbrayılovu 8:4 hesabı ilə məğlub edən Vahid Qalayev qazanıb.

Qeyd edək ki, ötən gün 65 kq çəki dərəcəsində iki sərbəst güləşçidən Əli Rəhimzadə qızıl, Turan Bayramov bürünc medala yiyələnib. Qadın güləşində yeganə bürünc medala isə Türkan Nəsirova (50 kq) sahib olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930